Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,36 dollar və ya 0,63% azalaraq 56,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,45 dollar və ya 0,71% azalaraq 63,37 dollar təşkil edib.