Hadisə

BNA “işıq yoxdur” deyir, Azərişıq isə təkzib edir

Bakıda bir neçə küçədə işıqforlar işləmir.

 BNA-dan daxil olan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforlar işləmir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

***

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, svetaforlardakı problem onlarla bağlı deyil:

"Biz her yere elektrik techizati veririk. Problem bizde deyil".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)