Sığorta

Palataya sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı - TAPŞIRIQ

Azərbaycanda sığorta hadisələri zamanı zərərlərin vahid tənzimlənməsi ilə bağlı qaydalar hazırlanacaq.

ENA.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına 2020-2021-ci illərdə sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı vahid standartların tətbiq edilməsi məqsədilə vahid tənzimləmə qaydalarının hazırlanması tapşırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department