Bank

“Bank Standard”ın Ləğv Planı ləğv olundu

Hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Ali Məhkəmə ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin şikayətini qismən təmin edib.

ENA.az xəbər verir ki, bunu hüquqşünas-ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərardadı qismən, 2018-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 3.8, 4.1, 4.2-ci bəndlərinin və 2018-ci ilin II rübü üzrə dəqiqləşdirilmiş Ləğv Planının 4.1, 4.2-ci bəndlərinin təsdiq edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib: "Ölkə tarixində bu ilk hadisədir. Ləğv Planları ilə bağlı əvvəllər də şikayət versəm də, təsdiq edilmirdi. Artıq 2019-cu ilin ikinci yarısı olmasına bamayaraq “Bank Standard”ın ötən il üzrə təsdiqlənmiş Ləğv Planı yoxdur. 

Eləcə də bax: "Rabitəbank"ın "dəyişmək planı"nın ilkin versiyası bəlli oldu

Ə. Həsənovun sözlərinə görə, Ali Məhkəmə şikayəti tam təmin etməsə də, bir sıra mühüm məqamları nəzərə alıb: "Ən əsası, Ali Məhkəmə qeyd edir ki, apellyasiya məhkəməsi “iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər ilə bağlı məsələyə və müsbət xalis aktivlər ilə bağlı məsələyə yenidən qiymət verməlidir”. Planda bankın xalis aktivlərə malik olduğunu göstərilir ki, müflis bankın xalis aktivi ola bilməz. Ali Məhkəmə buna da diqqət yetirib".

Ekspertin sözlərinə görə, Fondu məcbur etmək lazımdır ki, müflis bankların: 1) əmlakını tez və baha satsın; 2) verdiyi kreditləri tez və tam qaytarsın; 3) bütün bunlara az xərc çəksin və bütün xərcləri üzrə tam hesabat versin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department