Sosial iqtisadiyyat

İcra başçısı "S-class Mercedes" haqqında - "ALASI OLMADIQ"

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov  tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

Eləcə də bax: Kəlbəcərin icra başçısı 250 minlik maşın alır - FOTO

ENA.az xəbər verir ki, Aqil Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”. 

Eləcə də bax: Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - AÇIQLAMA - ADLAR


Aqil Məmmədov  vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

FED.az xəbər verir ki, icra hakimiyyətinin başçısı sonradan həmin avtomobilin alınmayacağı barədə qərar verildiyini desə də, xatırladaq ki, avtomobilin alınması ilə bağlı tender elanı cəmi 2 gün əvvəl  - iyunun 29-da açıqlanmışdı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)