Sığorta

Sığortadan əsas şikayətlər nədir? - PALATA RƏSMİSİNDƏN AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olan şikayətlərin əksəriyyəti zərərlərin qiymətləndirilməsi ilə bağlıdır. İkinci yerdə Forma-4 sənədinin uyğun şəkildə yazılmaması ilə bağlıdır. Mahiyyət baxımından aığorta ödənişinin olunmasından imtina da müəyyən paya malikdir.

Eləcə də bax: Vətəndaşa çatan 5 minə qədər təzminat arta bilər - AKTUARİLƏR HESABLAYIR

ENA.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinovun sözlərinə görə, sığorta ödənişlərin edilməməsində əksər hallarda sığorta şirkətləri haqlı çıxır. "Forma-4 sənədinin yazılmasında yalnışlıqlar ortaya çıxır. Baxırsan ki, videoda tam fərqli hadisədir, Forma-4-də isə başqa cür yazılıb".

Eləcə də bax: Qəza zamanı sığorta ödənişi üçün “Forma 4”ün alınması avtomatlaşdırılır - YENİLİK

F.Ağaşirinovun sözlərinə görə, ümumilikdə şikayətlərin sayı artıb bu da təbiidir, çünki sığorta yığımları da yüksəlib. Palatanın sığorta sektoru üzrə Firdövsi AğakişiSığorta bazarında yığımlar artıb. 2017-ci ildə ümumdaxili məhsulda sığorta 0.73 faizdən 2018-ci ildə 0,91 faizə yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department