Hadisə

“Megafun”da helium şarı partlayıb - Yaralılar var

Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

ENA.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş verməyib.

Qeyd edək ki, hadisə nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfərin yüngün bədən xəsarətləri aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində ər-arvad olan 53 yaşlı qadın və 52 yaşlı kişi hər iki ətrafın yanığı, 21 yaşlı oğlan isə sağ əlin yanığı dioqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

***

FHN-dən verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 3-ü azyaşlıdır. Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department