Bank

Azərbaycan Mərkəzi Bankına seyfləri satacaq şirkət bəlli oldu

Azərbaycan Mərkəzi Bankı üçün seyflərin satın alması, inzibati binasında su xətlərinin yenilənməsi işlərinin satın alınması, İP telefon aparatlarının və zəruri modulun satın alınması və geyimlərin satın alınması ilə bağlı kotirovka sorğularının nəticələri bəlli olub.

ENA.az xəbər verir ki, Satınalmalar Komissiyasının 04 iyun 2019-cu il tarixli qərarına əsasən 1-ci məsələ üzrə “Seyf Plus” MMC, 2-ci məsələ üzrə “Pramida” MMC, 3-cü məsələ üzrə “Best Telekom” MMC, 4-cü məsələ üzrə isə fərdi sahibkarlar Günay Fazil qızı Güləhmədova və Aleksey Qennadievic Kolesnikov qalib elan edilmişdir.

Qalib şəxslərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)