Sosial iqtisadiyyat

Vergi orqanlarında çalışan fəhlə və bağbanın maaşı 9 manat artırılıb

Nazirlər Kabineti “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nda dəyişiklik edib.

ENA.az xəbər verir ki dəyişiklik xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyətin maaşı ilə bağlıdır.

Qərara əsasən, vergi orqanlarında buu xidməti heyətin aylıq vəzifa maaşı 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)