MALİYYƏ

Rəsulzadənin və Nuru paşanın rəsmi olan "avro"ların satış qiyməti: 5-10 avro

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın şəkli əks olunmuş avro əskinasları ilə bağlı çapı ilə məşğul olan “0 Euro Banknotes” şirkətinin təmsilçisi İbrahim Gölgəli açıqlama verib.

O bildirib ki, şəkil prototipdir, banknotlar hələ çapdan çıxmayıb: “Banknotlar satışa çıxanda Azərbaycandan da sifariş etmək mümkün olacaq”.

İ.Gölgəli əskinasların qiymətlərinin təxminən 5-10 avro arasında dəyişəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunub və üç aydan sonra satışa çıxarılacaq. 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)