Hesabatlar

"Teleradio" zərərdən mənfəətə keçib

“Teleradio” İstehsalat Birliyi 2018-ci ili 343 min manat xalis mənfəət ilə başa vurub. Birlik 2016-cı ili 1 milyon 116 min manat, 2017-ci ili 115 min manat zərər ilə başa vurmuşdur.

"ENA" istehsalat birliyinin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Teleradio”nun cəmi gəlirləri 10 milyon 295 min manat, cəmi xərcləri isə 9 milyon 952 min manat təşkil edib.  

2017-ci ildə “Teleradio”nun cəmi gəlirləri 10 milyon 430 min manat, cəmi xərcləri isə 10 milyon 545 min manat təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)