ENA+

Azərbaycanda 5 km-lik dövlət bayrağı hazırlanıb - FOTOLAR

Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Bu barədə "ENA"ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib. 

Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar. 

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar. 

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. 

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiqlik­lərini, Prezi­dent İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə ulu öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qоru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin еtməsini böyük qürur hissi ilə qeyd edib. 

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunan təd­birlər çərçivəsində keçirilən “Vətənə xidmət – andımız, amalı­mızdır!” şüar­­lı möh­təşəm bayraq yürüşü Azərbaycan Pre­zi­den­ti İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqları­mızı azad etməyə, işğal altında olan dövlət sərhədlərini mühafizəyə götür­məyə və bütün dövlət sərhədlərimiz boyu şanlı dövlət bayrağımızı ucalt­mağa sərhədçi əzminin ifadəsi olub. 

Bu bayram gününün təntənəsini sərhədçilərlə birgə yaşayan hərbi qulluqçu­ların ailə üzvləri sərhədçilərin əzəmətli bayraq yürüşünü böyük ruh yüksək­liyi ilə qarşılanıb, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi or­kes­trinin, rəqs ansamblının, “Nur” vokal-instrumental qrupunun kol­lek­tivləri bayram gü­nü­nə və bayraq yürüşünə həsr olunan konsert proq­ramı ilə şəxsi heyət qarşısında çıxış ediblər. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)