Rəsmi

Prezident sərəncam imzaladı: Büdcədən 5,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb. 

"ENA"nın məlumatına görə, sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.

Eləcə də bax: Prezident Bakı üçün 40 milyon manatlıq - SƏRƏNCAM İMZALADI

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department