TURİZM

Bakı-Batumi avtobus reysi açılacaq - QİYMƏT

İyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.

Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir.

Eləcə də bax: Qubaya "Hummer" ilə bahalı - TUR TƏKLİFİ

Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də onlayn şəkildə həyata keçirilir. Biletləri “Qabaqcadan satış” kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün öncəyədək əldə etmək mümkündür.

Eləcə də bax: Həftəsonu istirahət üçün ən bahalı şəhərlərin reytinqi açıqlanıb - TOP-10

Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)