İnşaat və əmlak

MİDA-nın gəlir və xərcləri açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"ENA.az" xəbər verir ki, sözügedən dövrə agentliyin aktivləri 103 mln. 826 min 25 manat olub. Aktivlərin tərkibində isə cəmi uzunmüddətli aktivlər 512 min 305 manat, cəmi qısamüddətli aktivlər 103 mln. 313 min 720 manat təşkil edib.

MİDA-nın öhdəlikləri isə ötən ildə 313 min 726 manat təşkil edib.

Nizamnamə kapitalı 100 mln. manat təşkil edən agentliyə dövlət büdcəsindən 497 min 471 manat ayrılıb və bölüşdürülməmiş mənfəətinin həcmi 3 mln. 14 min 828 manat olub. Bununla da MİDA-nın cəmi kapitalı 103 mln. 512 min 299 manat təşkil edib.

MİDA-nın mənfəət və zərər hesabatına əsasən ötən il agentliyə dövlət yardımı 1 mln. 378 min 576 manat olub və agentlik 1 mln. 970 min 170 manat inzibati xərclərə ayırıb, sair əməliyyat xərcləri isə 16 min 377 manat təşkil edib. Əməliyyatlarında 607 min 971 manat zərərdə olan MİDA-nın maliyyə gəlirləri 4 mln. 370 min 656 manat olub. Mənfəətindən 747 min 857 manat vergi ödəyən agentlik ötən ili 3 mln. 14 min 828 manat xalis mənfəətlə başa vurub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)