Avtomobil

"Made in China" "Tesla"lar 6 min dollar daha ucuz satılacaq

ABŞ mərkəzli elektromobil istehsalçısı "Tesla" Çində istehsal etdiyi avtomobillər üçün sifarişlərin qəbuluna başlayıb.

"ENA" xarici KİV-ə istinadən xəbər verir ki, Şanxayda "Gigafactory" adı verilən zavodda istehsal olunacaq "Model 3"lərin ABŞ-dan idxal olunandan 6200 dollar daha aşağı qiymətlə satılacağı açılanıb. Bununla da, 41 min 300 dollardan başlayan "Model 3" qiymətləri Çinin ABŞ mənşəli mallara tətbiq etdiyi rüsumdan əvvəlki qiymət səviyyəsinə yaxınlaşacaq.

Açıqlamalara görə, "Made in China" "Tesla"lar əvvəlcə yalnız Çində satılacaq və bu modellərin ABŞ-da istehsal olunan modellərdən heç bir fərqi olmayacaq.

Qeyd edək ki, "Tesla" Şanxay zavodunda ildə təxminən 500 min avtomobil istehsal etməyi planlaşdırır və elektromobillərin 6-10 ay müddətində müştərilərə təslim ediləcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)