Tenderlər

Gömrük Komitəsinin 3 milyon dollarlıq tenderinin qalibi məlum oldu

Dövlət Gömrük Komitəsi yoxlama baxış sistemlərinin və onların kompanentlərinin alınıb quraşdırılması işlərinin satın alınması üzrə "Nuctech" şirkəti ilə müqavilə imzalayıb.

"ENA" rəsmi məlumata istinadən xəbər verir ki, bu satınalma müqabilində Nuctech"ə 3 000 000 ABŞ dolları ödəniləcək.

Qeyd edək ki, "Nuctech" şirkəti Sinxua Universitetinin bazasında yaradılıb. O, radiasyon görüntünün alınması texnologiyası sayəsində müstəqil əqli mülkiyyət hüquqlu yüksək texnoloji təhlükəsizlik məhsullarının təchizatçısıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)