Hadisə

İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi - Borca görə

“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətinin qazdan istifadəyə görə 21 min manatlıq borcu yarandığını bildirib.

"ENA" xəbər verir ki, bu barədə İH də məlumatlandırılıb və qəbz təqdim olunub, borcun ödənilməsi tələb olunub. Binəqədi RİH isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb. İddia ərizəsində qeyd olunub ki, təbii qazdan istifadəyə görə hesablanmış 20 976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin. Hakim Əfqan Ələkbərov işi icraata götürmədkdən imtian edib. Çünki Binəqədi RİH iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib. Qərarda qeyd olunub ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət oluna bilər.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azəriqaz”la aralarında müvafiq ödəmə müqaviləsinə görə borc yaranıb: “Borcun səbəbləri aydınlaşdırılmadığından Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. Hal-hazırda iş məhkəmədə baxıldığı üçün məhkəmənin qərarı gözlənilir. Mətbuata əlavə açıqlama məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra veriləcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)