Sosial iqtisadiyyat

Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

Azərbaycanın qanunvericiliyi kifayət qədər liberal olduğundan ölkəyə mühacir axını ildən-ilə artır. Ancaq hələ ki, bir sıra Avropa ölkələrinin üzləşdiyi “miqrant böhranından” danışmaq çox erkəndir.

Bu barədə miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov danışıb.

Hər ay Azərbaycanın aidiyyəti qurumları bir neçə yüz, bəzi hallarda isə hətta mindən çox qanunsuz mühaciri üzə çıxarır.  Ekspertin sözlərinə görə, bu miqrasiya proseslərinin effektiv şəkildə tənzimlənməsi planında müəyyən çətinliklər yaradır. Ancaq hər halda onlar üzə çıxır, qeyri-leqal mühacirlərin qanunsuz marşrutları aşkarlanır.

Bu həftə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz mühacirlərin aşkarlanması ilə bağlı reydlər keçirib. Reydlərin gedişində dünyanın üçüncü dövlətlərindən olan  143 xarici vətəndaş saxlanılıb.

Məlum olub ki, saxlanılanlardan səkkizi sənədlərdə ölkəyə hansı məqsədlə səfər etdiyini düzgün göstərməyib, altısı qanunsuz əmək fəaliyyəti ilə məşğul olub, biri qeydiyyat ünvanı üzrə yaşamayıb, qlanr 128 mühaciər ölkə hüdudlarında ərazisində qanunsuz şəkildə yaşayıb.

Mühacirlər qanunsuz mühacirlərə müxtəlif səbəblərə görə çevrilir. Ekspertin təbirincə, başlıca səbəb öz hüquqi statusları barədə lazımınca məlumatlı olmamalarıdır.

 “Bununla əlaqədar miqrasiya proseslərinin tənzimlənməsi  sferasında yeniliklərin olduğunu qeyd etmək lazımdır. Azərbaycanda Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi “MİGAZ” iş salınıb.Tətbqi xaricilərin elekron xidmətlərdən yararlanmasını asanlaşdırmaq və xidmətə etdikləri müraciətlər, o cümlədən yaşayış yeri üzrə qeydiyyat məslələrinə sərf olunan vaxta qənaət etmək məqsədi daşıyır. Xarici vətəndaş öz telefonunu Azərbaycanda işə salan kimi, ona MİGAZ sistemi haqqında bildiriş gəlir. Xarici elə yerindəcə elektron qeydiyyatdan keçə bilir”, -deyə A.Allahverənov bildirib

Ekspert qeyd edir ki, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. Miqrasiya Məcəlləsi  və İnzibati xətalar məcələsində dəyişikliklər edilib.

“Hazırda  Azərbaycanda miqrasiya proseslərinin idarəolunası üzrə 2019-2024-cü illərə nəzərdə tutulan yeni strategiya üzərində işlər aparılır. Hal-hazırda sənəd təsdiqini gözləyir. Ora bizim də təkliflərimiz daxil edilib.”, - deyə A.Allaherənov bildirib.

 Qanunsuz miqrasiya təhlükələrindən söz açan ekspert, onların aşkarlanması ilə DTX və digər güc strukturlarının məşğul olmasının təsadüfi olmadığını qeyd edib. DTX, sərhəd qoşunları və DMX milli təhlükəsiziyin təmin olunmasına yönəlmiş strategiyanı əlaqələndirmiş şəkildə gerçəkləşdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)