ENA+

Rusiyadan nəql edilən çirklənmiş neftin həcmini açıqlandı

“Drujba” boru kəməri və çirklənmiş Rusiya nefti ilə bağlı qalmaqalın davam etməsi və miqyası böhrana “siyasi ölçü” verib.

"ENA" xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazıb. 

"Bu məsələ ilə bağlı vəziyyət məmurların dediklərindən daha pis və ciddidir. Rusiya çirklənmiş neftin həcmini 20 milyon barel qiymətləndirir, neft treyderləri və emal müəssisələrinin rəhbərləri isə bu göstəricinin 40 milyon barel olması qənaətindədir. 

“Bloomberg” xəbərdarlıq edib ki, nə qədər çox çirkli neft olacaqsa, onun içindəki xloridin səviyyəsini aşağı salmaq üçün təmizlənmə prosesi daha uzun çəkəcək. Buna həftələr deyil, aylar lazım olacaq. 

"Rusiya nefti ilə bağlı problemi fonunda Fransanın neft nəhəngi “Total” şirkətinin Almaniyada yerləşən və qitənin ən iri neft emall zavodlarından biri olan - Leuna zavodu bağlanıb. Polşa isə təcili neft ehtiyatlarından istifadə etmək məcburiyyətində qalıb. “Avropa neft qovşağı” olan Rotterdamda isə bəzi neft emalı zavodları aşağı salınmış qiymətlərlə işləməyə məcbur olublar", - deyə yazıda qeyd olunub. 

10-dan artıq neft treyderi, London, Cenevrə və Moskvadakı neft emalı müəssisələrinin rəhbərləri hesab edirlər ki, onlara dəymiş zərər 1 mlrd. dollara çata bilər. Bu rəqəm emalçıların açıqladığı çirkli neftin həcminə və tətbiq etdikləri güzəştlər hesabına ortaya çıxıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)