Aqrar

Azərbaycan Afrikaya alkoqolsuz şərab - İXRAC EDƏCƏK

"Az-Granata" MMC Afrikanın Qana ölkəsinə alkoqolsuz şərabın ixracına başlayır. Bunu MMC-nin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Afrikada şərabçılıq sahəsi çox inkişaf edib, lakin Qanaya alkoqolsuz şərabın ixracı onu göstərir ki, bu ölkədə alkoqolsuz şərab istehsal edilmir: "Yaxın günlərdə bu ölkəyə 13 min butulka göndəriləcək. Qeyd edim ki, hazırda müəssisədə istehsal olan şərablar Çexiya, Polşa, Almaniya, Yaponiya, Çin, Rusiya və Ukrayna bazarlarına ixrac edilir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)