Aqrar

Azərbaycan Rusiyaya alma ixracını 35% artırıb

2019-cu ilin birinci rübündə Azərbaycan $12 mln. 207,73 min məbləğində təzə alma ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.

“Yanvar-mart aylarında Azərbaycan $12 mln. 207,73 min məbləğində 29,264 mi ton alma ixrac edib. 2018-ci ilin analojio dövrü ilə müqayisədə say ifadəsində ixracın həcmi 41,5%, dəyər ifadəsində 35,7% artıb”, - hökumətdən qeyd edibər.

İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 2019-cu ilin birinci rübündə Rusiyaya $11 mln. 273,09 min (аrtım 27,5%) məbləğində 27,451 min ton təzə alma ixrac olunub (аrtım 34,9%). Bütövlükdə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycandan alma ixracının 93,8%-i Rusiyanın paylına düşüb.

2018-ci ildə Azərbaycan $38 mln. 37,17 min məbləğində 89,866 min ton alma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $34 mln. 548,26 min məbləğində 82,398 min ton alma ixrac olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)