Birja

Türkiyənin böyük şirkətlərinin mənfəəti 14% azalıb

İstanbul Birjasında (Borsa İstanbul) səhmləri ticarət olunan şirkətlərin 2019-un ilk rübündə əldə etdiyi xalis mənfəət, keçən ilin eyni dövrü ilə müqayisədə 14,4% azalıb.

"ENA" xəbər verir ki, 2018-in ilk rübündə 18 milyard 228,3 milyon lirə olmuş şirkətlərin xalis mənfəəti, bu ilin eyni dövründə 15 milyard 597,7 milyon lirəyə düşüb. 

BIST 100 indeksinə daxil olan 94 şirkətdən 61-i ilk rübdə xalis mənfəət əldə edib. Qalan 33 şirkət isə xalis zərər açıqlayıb. 

İlk rübdə şirkətlər arasında ən çox xalis mənfəət əldə etmiş şirkət 1 milyard 722 milyon lirə ilə Garanti Bankası olub. Bu dövrdə ən çox zərəri 1 milyard 253 milyon lirə ilə Türk Hava Yolları (THY) açıqlayıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)