Vakansiyalar

"PAŞA Sığorta" işçi axtarır - VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri Korporativ satış üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Satış komandasından daxil olan sorğuların əlaqəli departamentlərə aidiyyatı üzrə yönləndirilməsini təmin etmək;
• Sorğuların icrasına nəzarət etmək və müvafiq qaydada koordinasiyasını həyata keçirmək;
• Mövcud müştərilərə elektron poçt vasitəsilə xatırlatma məktublarının göndərilməsi, müştərilərlə yazışmaların və danışıqların aparılması.

Bilik və bacarıqlar:

• Ali təhsil, iqtisadiyyat, biznes sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir;
• Aidiyyatı üzrə iş təcrübəsi-2 il;
• Sığorta sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.
• Ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlılıq.

Son müraciət tarixi: 15 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department