ENA+

Yusif ən varlı varis elan edildi - 22 MİLYARD DOLLAR MİRAS

“Lukoyl” kompaniyasının prezidenti Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə “Forbes” jurnalının Rusiyada ən varlı varislərin reytinqinə başçılıq edir.

Xarici KİV-lər xəbər verir ki, jurnal dördüncü ildir Rusiyanın ən varlı sahibkarlarının varislərinin reytinqini hazırlayır. Yusif bütün bu illər ərzində siyahıda liderliyini qoruyub. Reytinqdə övladlarına külli miqdarda miras qoyacaq 20 ailə təmsil olunur. Jurnal siyahını tərtib edərkən sahibkarın varidatını uşaqları arasında bölüb.

Eləcə də bax: XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

 

Beləliklə Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb. “LetterOne” və “Alfa-Qrupp” kompaniyalarının sahiblərindən biri Aleksey Kuzmiçevin iki əkiz qızı - Marqo və Taya dünyaya gəlib. İndi üç uşağına miras qoyacaq sahibkar siyahıda 18-ci yerə enib. Bu il onun 7,6 milyard dollarlıq varidatı artıq üç uşaq arasında bölünəcək və hər birinə təxminən 2,5 milyard dollar çatacaq.

Reytinqə hər övladına azı 2,3 milyard dollar düşən 20 ailə daxil edilib. Həmin ailələrdə ümumilikdə 48 uşaq var. “Forbes” jurnalının hesablamasına görə, hazırda Rusiyada 103 milyarder mövcuddur.

Eləcə də bax: Amerika şirkəti Azərbaycandan gedir

 

2018-ci ilin martında Vahid Ələkbərov öz aksiyalarını varislərinə trast vasitəsi ilə ötürəcəyini və onların paketi bölə bilməyəcəklərini bildirmişdi. O, həmçinin 2017-ci ilin payızında “Bloomberg” agentliyinə verdiyi müsahibədə varis axtardığını demişdi. Milyarderin sözlərinə görə, oğlu bu işi çox çətin saydığı üçün varisliyə yaramır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)