MALİYYƏ

Türkiyədə dollar bahalaşmaqda davam edir

"ENA" xəbər verir ki, ABŞ ilə S400 gərginliyinə dair xəbərlər Türkiyə aktivləri üzərində təzyiqə səbəb olur. Dollar/TL məzənnəsində dünən axşam başlayan yeni yüksəliş bu gün də davam edir. 

Dünən 6.04 - 6.11 aralığında dalğalanan dollar/TL məzənnəsi bu səhər 0,9% artımla 6.1499-a yüksəlib (Dollar bahalaşıb, Lirə ucuzlaşıb).  

ABŞ-ın, S-400 sistemlərinin Rusiyadan alışından imtina edilməsi ilə əlaqədar Türkiyəyə iyunun əvvəlinə qədər müddət verdiyi bildirilir. Türkiyənin F-35 proqramından çıxarılması ehtimalı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)