BİZNES

Səhiyyə Nazirliyi bu şirkətə - MİLYONLUQ SİFARİŞLƏRİ VERDİ

Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqları ilə təchizatı üzrə "Arash Medical Company" MMC ilə iki müqavilə imzalayıb.

"ENA" Dövlət satınalmaları reyestrinə istinadən xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir.

Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək. Müqavilələr fevral ayında keçirilən tenderdən sonra imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)