Sosial iqtisadiyyat

Bu şəxslərin ali məktəblərə qəbul qaydaları təsdiqləndi

Baş nazir Novruz Məmmədov “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiq edib.

"ENA" xəbər verir ki, qərar “Təhsil haqqında” qanununa edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə imzalanıb.

Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış
şəxslər başa düşülür.

Qaydalarla müvafiq keçiddə tanış ola bilərsiniz. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)