Neft ucuzlaşır
Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,57% azalaraq 61,07 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42 dollar və ya 0,59% azalaraq 71,78 dollar təşkil edib.