Bank

Azərbaycanda illik 1%-lə kreditlərin – VERİLMƏSİNƏ BAŞLANILIB

Azərbaycanda problemli krediti olan müştərilərə kompensasiyalarla yanaşı, güzəştli kreditlərin də verilməsinə başlanılıb. "ENA" xəbər verir ki, ölkə bankları belə müştərilərinə kreditləri dövlətin ayırdığı vəsait hesabına illik 1% şərtlə ayırırlar.

Qeyd edək ki, güzəştli kreditlərin verilməsi prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı fevralın 28-də imzaladığı fərmanda nəzərdə tutulub.

Fərmana əsasən, indiyədək kreditini qytarmaqda çətinlik çəkən şəxslərin kreditləri yenilənəcək. Daha dəqiqi onlara elə həmin banklar tərəfindən hazırki borcları miqdarında güzəştli kreditlər ayrılacaq.  Kreditlər illik 1%-lə, 5 illik müddətə ayrılacaq. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankı banklara illik 0,1%-lə vəsait – 682 milyon manat ayırmalıdır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, kreditlərin yenilənməsi prosesi ilin sonuna qədər davam edəcək". Qeyd edək ki, kompensasiyalar verilməsi isə mayın sonunda bitməlidir. Z.Nuriyev bildirir ki, indiyədək banklardakı problemli kreditlərin 92%-dan çoxu şəxslərin 10 min dollar və ya 17 min manatadək olan borclarından ibarət idi və sözügedən fərman bu borcların silinməsinə şərait yaradıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)