Bank

Azərbaycanda 15 bank kiçilib

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 15-nin aktivləri illik müqayisədə azalıb.

Bunlar "Bank VTB Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Zıraat Bank Azərbaycan", "AGBank", "Access Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Express Bank", "Bank of Baku", "Nikoyl Bank" və "AFB Bank"dır.

Aktivlərdə ən çox azalma "AFB Bank"da (19,9%), ən az azalma isə "Bank VTB Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"nda (0,1%) qeydə alınıb.

Qalan 15 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (46,9%), ən az artım isə "Bank BTB" də (0,3%) baş verib. 


5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 461 milyon 264 min manat), "PAŞA Bank" (4 milyard 647 milyon 941 min manat), "Kapital Bank" (3 milyard 584 milyon 384 min manat), "Xalq Bank" (2 milyard 214 milyon 354 min manat) və "Bank Respublika"dır (1 milyard 86 milyon 39 min manat).

Qalan 25 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 16 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,589 milyon manatdır.

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)