Aqrar

Azərbaycan buğda idxalında böyük artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları dəyərində 518 min 704  ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65%), həcm baxımından isə 111 min 862 ton (27,5%) çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)