Aqrar

Azərbaycan süd idxalını 14% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,768 mln. ABŞ dolları dəyərində 2,734 min ton süd idxal edib.

"ENA" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxınından 459 min dollar (13,9%), həcm baxımından isə 465 ton (20,5%) çoxdur. 

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)