Sənaye

Gürcüstan Azərbaycandan sement idxalını 23,7% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 113 887,6 ton sement ixrac olunub.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi sementin ümumi dəyəri 6 milyon 455,1 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana idxal olunmuş sementin həcmi 21 887,2 ton və ya 23,7%, məbləğ baxımından isə 1 milyon 743,3 min dollar çoxdur.

Ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 4 milyon 711,8 dollar dəyərində 92 000,4 ton sement alıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)