Hadisə

İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, obyektlərə ziyan dəyib

Güclü külək İsmayıllı rayonuna ziyan vurub.

Bu barədə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: "Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır".

R.Ağayev bildirib ki, hazırda hava şəraiti sabitdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)