Avtomobil

Azərbaycan Gürüstandan avtomobil idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 034 ədəd avtomobil idxal edib.

"ENA" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Son 1ildə qonşu ölkədən alınmış minik avtomobillərinin ümumi dəyəri isə 46,9% artaraq  54,015 mln. ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)