Bank

Azərbaycanla bağlı yeni strategiyasını bu ilin sonuna qədər təqdim edəcək

“Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanlka bağlı yeni strategiya üzərində işləyir və onu bu ilin sonuna qədər təqdim etməyə hazırlaşır”.

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində  Bankın prezidenti Dmitri Pankin deyib.

Onun sözlərinə görə, 2019-2022-ci illəri əhatə edəcək bu sənədlə bağlı şəxsən Azərbaycana səfər edəcək.

“Düşünürəm ki, ilin sonuna qədər bu strategiyanı hazırlayıb təqdim edəcəyik. Bununla bağlı Azərbaycana səfərim gözlənilir”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan QDTİB-in 5%-lik səhmdarıdır. Bankın kredit portfelində ölkəmizin payı 7,2% təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)