Bank

Azərbaycan Mərkəzi Bankının Məlumat Axtarış Sisteminin təqdimatı keçirilib

Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) çərçivəsində bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binasında qurumun yeni layihəsinin - Məlumat Axtarış Sisteminin (MAS) təqdimatı keçirilib.

"ENA" xəbər verir ki, təqdimatı AMB-nin İqtisadi maarifləndirmə şöbəsinin rəisi Ülkər Babayeva edib.

O bildirib ki, yeni sistem müxtəlif informasiyalarla zəngin portaldır.

“Bir neçə ildir ki, maliyyə savadlılığı ilə bağlı portalımız fəaliyyət göstərir. Bu gün təqdim etdiyimiz MAS da bu istiqamətdə mühüm əhəmiyyətə malikdir. Portal hələ ki, aktiv deyil, üzərində işlər yekunlaşdırıldıqdan sonra yaxın günlərdə istifadəyə veriləcək.

MAS-a 20-yə yaxın bank və digər təşkilatlar qoşulub. Vahid mənbədən informasiya əldə etmək mümkündür. Burada sadə şablonlardan istifadə edilib. Bir məhsulun bir neçə meyarlar üzrə müqayisəsi həyata keçirilib. Yəni müxtəlif bankların məhsullarını müqayisə etmək mümkündür. Yaxın zamanlarda banklarla yanaşı, bank olmayan kredit təşkilatları, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər qurumların da maliyyə məhsullarının və xidmətlərinin bu sistemə qoşulması planlaşdırılır”, - deyə o qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)