“Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçiriləcək

“Astana” – Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə 30 noyabr 2018-ci il tarixində, “Four Seasons Baku” otelində, saat 10:30-da “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçiriləcəkdir.

Konfransda alternativ maliyyə imkanları, müasir birja alətləri ilə ticarət kimi məsələlər müzakirə olunacaqdır.

İqtisadiyyatın real sektorunda fəaliyyət göstərən, aktivlərin idarə olunması ilə məşğul olan şirkət nümayəndələri və maliyyə bazarları üzrə ekspertlər sözügedən tədbirdə iştirak edəcəklər.